Qədimova “A” kateqoriyalı hakim statusu aldı

Azərbaycan Şahmat Federasiyasının (AŞF) daha bir hakimi – İlahə Qədimova da “A” kateqoriyalı hakim statusu alıb.

Arena.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Beynəlxalq Şahmat Federasiyasında (FIDE) mövcud normativlərə cavab verən İlahə Qədimova “A” kateqoriyalı hakimlik lisenziyasını əldə edib.

Bununla da ölkəmizdə “A” kateqoriyalı hakimlərin sayı ikiyə çatıb. Uzun illər Azərbaycan Şahmat Federasiyasının 1-ci vitse-prezidenti işləmiş Faiq Həsənov “A” kateqoriyasına layiq görülən yeganə hakimimiz olub.

Yeri gəlmişkən, AŞF-dən verilən digər məlumata görə, fevralın 14-də saat 14:00-18:00-da Respublika Şahmat Mərkəzində (Bakı şəhəri, Azərbaycan pr. 32) Azərbaycan Şahmat Federasiyası Hakimlər Komissiyası tərəfindən şahmat üzrə beynəlxalq hakimlər və FİDE hakimləri üçün ixtisasartırma kursu keçiriləcək.

Qeydiyyat üçün 13 fevral 2024-cü il saat 18:00-a qədər beynəlxalq hakimlər Lütfiyar Rüstəmova (050 808 76 77) və Qüdrət İsmayılova (050 740 55 59 ) Whatsapp nömrələri ilə müraciət edə bilərsiniz.