Qədirzadə 90 dəqiqə oynadı, “Samtrediya” yenə uduzdu

Futbol üzrə Gürcüstan çempionatında 3-cü turun oyunları keçirilib.

Arena.az xəbər verir ki, azərbaycanlı müdafiəçi İbrahim Qədirzadənin formasını geyindiyi “Samtrediya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Şukura” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

İbrahim də bu görüşün iştirakçısı olub. 21 yaşlı müdafiəçi start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Qeyd edək ki, “Samtrediya” Gürcüstan çempionatında 3 turdan sonra hələ xal hesabını aça bilməyib və 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.