“Qəbələ” Antalyada ilk qələbəsini qazandı

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün Antalyadakı hazırlıq çərçivəsində ikinci yoxlama matçına çıxıb. Arena.az xəbər verir ki, Elmar Baxşıyevin çalışdırdığı kollektiv bu dəfə Şimali Makedoniya təmsilçisi “Boreç”lə qarşılaşıb.

“Qırmızı-qaralar” bu rəqiblə “İC Santai” Futbol Mərkəzində üz-üzə gəlib. Rəqibin heyətində futbolçu sayı az olduğundan, görüşün hər hissəsi 35 dəqiqədən ibarət olub.

Qarşılaşma “qırmızı-qaralar”ın minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 11-ci dəqiqədə Omar Hani vurub.

Xatırladaq ki, “Qəbələ” qardaş ölkədəki ilk hazırlıq matçında Polşanın “Zaqlembe” komandasına 1:2 hesabıyla məğlub olmuşdu. “Qırmızı-qaralar” yanvarın 24-də Çexiya “Bohemians”ı ilə üz-üzə gələcək.

Yoxlama oyunu
21 yanvar

Qəbələ – Boreç 1:0
Qol: Omar Hani, 11.

Elmar Baxşıyev start heyətdə bu oyunçulara yer verib: Kristof Atanqana, Ehtiram Şahverdiyev, Ruan Renato, Məqsəd İsayev, Kamal Mirzəyev, Emil Səfərov, Fernan Lopes, İsnik Alimi, Ülvi İsgəndərov, Omar Hani, Rövlan Muradov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: