“Qəbələ” bu yay 6 yoxlama oyunu keçirəcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Qəbələ” iyulun 4-dən etibarən 2026/2027 mövsümünün hazırlığına başlayıb.

Arena.az bu barədə əyalət klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Komandanın təlim-məşq toplanışı doğma meydanda təşkil edilib. Hazırlıq müddətində 6 yoxlama oyununun keçirilməsi planlaşdırılır. Sınaqçı rəqiblərin siyahısı açıqlanmayıb.

Xatırladaq ki, Kaxaber Sxadadzenin rəhbərlik etdiyi “Qəbələ” Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümündə 33 oyuna topladığı 27 xalla 11-ci yeri tutub. Komanda 33 oyunda 7 qələbə qazanıb, 6 heç-heçə edib, 20 məğlubiyyətə üzülüb. Əyalət təmsilçisi elitadakı yerini qorumaq üçün Birinci Liqada ikinci olmuş “Mingəçevir”lə pley-off oyununda mübarizə aparmaq məcburiyyətində qalıb. Qəbələnin eyniadlı təmsilçisi məhz bu oyundan qalib ayrılmaqla Premyer Liqada qalıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: