“Qəbələ” Medimoreçlə yollarını ayırdı

“Qəbələ” klubu müdafiəçi Vinko Medimoreçlə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Ötən ilin sentyabrından “Qəbələ”yə qoşulan xorvatiyalı müdafiəçi 2020/21 mövsümündə 26 oyunda 1 qol vurub.

O, Premyer Liqada 23, Azərbaycan kubokunda 3 matça çıxıb. Vinko yeganə qoluna çempionat matçında imza atıb.

“Qəbələ” daha öncə Merab Giqauri, Cavid Hüseynov, Nikolas Raysel, Ülvi İsgəndərov, Yusif Nəbiyev, Sadiq Quliyev, Roman Hüseynov, Faiq Hacıyev, Ceyms Adeniyi və Tərlan Əhmədli ilə də vidalaşmışdı.