Bu gün “Qəbələ” ilə “Mingəçevir” arasında futbol üzrə Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off oyunu keçirilib.
Arena.az xəbər verir ki, “Sumqayıt Arena”da keçirilmiş bu prinsipial qarşılaşmanı FIFA referisi Tural Qurbanov idarə edib.
Xatırladaq ki, “Qəbələ” 2025/2026-cı illər mövsümündə Azərbaycan Premyer Liqasını 11-ci, “Mingəçevir” isə Birinci Liqanı 2-ci pillədə başa vurub. Qalib gələn tərəf Premyer Liqada, məğlub olan isə Birinci Liqada çıxış edəcəkdi. Bu komandaların həlledici görüşü “Qəbələ”nin inamlı qələbəsi ilə yekunlaşıb. Beləcə, sözügedən klub elitadakı yerini qoruyub. “Mingəçevir” isə növbəti mövsümdə də Birinci Liqada çıxış edəcək.
Premyer Liqa uğrunda pley-off matçı
28 may
“Qəbələ” – “Mingəçevir” 2:0
Qollar: Əkbər Eyubov, 36-avtoqol, Seydina Keyta, 45+5-pen.
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, İnqilab Məmmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Sumqayıt Arena”, 18:30.
Qəbələ: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 13. Nicat Əliyev, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 33. Seydina Keyta, 50. Adriel Ba Lua, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumu, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 26. Elnur Mustafayev, 24. İsmael Akinade, 12. İbrahim Sanqare, 3. Eduardo Kunde, 70. Paulo Kimbila.
Baş məşqçi: Kaxaber Sxadadze.
Mingəçevir: 1. Orxan Sadıqlı, 16. Fuad Bayramov, 22. Elçin Mustafayev, 60. Elmin Bayramov, 4. Kənan Quliyev (k), 70. Nicat Məmmədov, 10. Qabil Əlizadə, 15. Seymur Məmmədov, 32. Rəhim Cəfərli, 33. Əkbər Eyubov, 11. Kennet Kalunqa.
Ehtiyat oyunçular: 36. Əmrah Məmmədli, 9. Amil Yunanov, 19. Nurlan Novruzov, 20. Bahadur Həziyev, 81. Xəyal Muradov, 99. Cəlal Cəbrayılov, 17. Taleh Fərmanov, 27. Elnur Mirzəyev, 77. Məhəmməd Səfərov, 8. Abba Usman, 21. Rimas Kerimi.
Baş məşqçi: Ramiz Məmmədov.


