“Qəbələ” “Səbail”i əzmkar qələbəylə yendi – Azərbaycan kubokunda

Bu gün futbol üzrə Azərbaycan kubokunda 2022/2023 mövsümünün yarımfinal mərhələsinə start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Qəbələ” doğma meydanda “Səbail”lə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma qonaqlar üçün daha uğurlu başlayıb. Lakin ardıcıl iki erkən qol vuran paytaxt təmsilçisi bu üstünlüyünü sonadək qoruya bilməyib. Beş qolun qeydə alındığı oyunda əyalət təmsilçisi əzmkar qələbəyə sevinib.

Digər yarımfinal görüşü sabah “Turan Tovuz”la “Neftçi” arasında olacaq. Bu komandaların ilk qarşılaşması Tovuzda keçiriləcək.

Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları 26 və 27 apreldə keçiriləcək.

Azərbaycan kuboku
Yarımfinalın ilk oyunları
18 aprel

“Qəbələ” – “Səbail” 3:2
Qollar: Rafael Utziq, 34; 66. Felipe Santos, 74 – İlkin Muradov, 9. Emil Martinov, 21.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Fərid Hacıyev.
Qəbələ şəhər stadionu, 18:00.

Qəbələ: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov, 27. Məqsəd İsayev, 14. Ülvi İsgəndərov, 4. Ruan Renato, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal, 9. Əyyub Allaş.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 28. Murad Musayev, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 16. Nicat Əliyev, 91. Ramon Maçado, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.
Səbail: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev (k), 2. Adil Nağıyev, 96. İlkin Muradov, 6. Cabir Əmirli, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 27. Emil Martinov, 11. Qoba Zakpa, 21. Kizito Luvaqa, 23. Qustavo de Fransa.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 88. Matiya Lyuyiç, 5. Petro Stasyuk.
Baş məşqçi: Şahin Diniyev.

Xəbəri sosial şəbəkələrdə paylaş: