“Qəbələ” tarixində 5-ci finalda oynayacaq

“Qəbələ” komandası tarixində 5-ci dəfə futbol üzrə Azərbaycan kubokunun final matçında oynamaq hüququ qazanıb. Arena.az xəbər verir ki, Elmar Baxşıyevin yetirmələri yarımfinalın hər iki oyununda “Səbail”ə qalib gəlməklə buna nail olub – 3:2, 1:0.

“Qırmızı-qaralar” kuboku başı üzərinə qaldırdığı 2018/19 mövsümündən sonra ilk dəfə finalda oynayacaq. Sonrakı üç mövsümdən biri koronavirus pandemiyasına görə yarımçıq dayandırılıb. Digər ikisində sözügedən komanda həlledici matça qədər mübarizəni dayandırıb.

“Qəbələ” kubok qazanana qədər daha üç dəfə finalın iştirakçısı olub. “Qırmızı-qaralar” 2013/14, 2016/17 və 2017/18 mövsümlərində yarımfinalı uğurla adlayıb, amma final üzü görməyib.

Xatırladaq ki, iyunun 3-də “Bakcell Arena”da keçiriləcək final görüşündə Elmar Baxşıyevin yetirmələrinin rəqibi “Neftçi” olacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: