“Qəbələ” üç futbolçusu ilə yeni müqavilə bağladı

“Qəbələ” üç futbolçusu ilə müqavilənin müddətini uzadıb. Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun rəsmi saytı məlumat yayıb.

Belə ki, 28 yaşlı şimali makedoniyalı yarımmüdafiəçi İsnik Alimi, 22 yaşlı ispaniyalı qapıçı Kristof Atanqana və 23 yaşlı toqolu hücumçu Yaovi Akakpo ilə yeni anlaşma imzalanıb. Bu müqavilələr daha bir il müddətinə nəzərdə tutulub. Onların əvvəlki anlaşmaları 2021/22 mövsümünün sonunda başa çatırdı. Lakin legionerlər növbəti mövsümdə də “qırmızı-qara” formanı geyinməyə qərar veriblər. Hər üç oyunçunun yeni anlaşması 2023-cü ilin iyununda başa çatacaq.

Xatırladaq ki, “Qəbələ”nin heyətində İsnik Alimi 32 (10 qol), Yaovi Akakpo 6 (2 qol), Kristof Atanqana isə 5 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: