Qabil Sayadov Karate Federasiyasına baş katib təyin edildi

Qabil Sayadov Azərbaycan Milli Karate Federasiyasının baş katibi kimi fəaliyyətə başlayıb. Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Karate Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, Qabil Sayadov Azərbaycan Full Kontakt və Kyokuşin Karate Federasiyasının Hakimlər Komitəsinin sədri və baş hakimidir.

Fövqaladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunun məşqçi müəllimi olan Sayadov həmçinin beynəlxalq dərəcəli 5-ci dan qara kəmər ustasıdır. O, Xətai İdman Mərkəzi və “Araz Zəngilan” Peşəkar İdman Klubunun təsisiçi və rəhbəridir.

Yeni baş katib WFKU-nun (World Full Contact Karate Union) Azərbaycandakı rəsmi nümayəndəsidir.