Qadın futbolu: Azərbaycan millisi FIFA reytinqində irəlilədi

Qadın futbolçulardan ibarət Azərbaycan millisi FIFA reytinqində iki pillə irəliləyib. Arena.az FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda 1305,48 xalla 76-cı sırada qərarlaşıb.

Xatırladaq ki, Azərbaycan millisi əvvəlki reytinq cədvəlində 78-ci sırada idi.

Qeyd edək ki, UEFA Millətlər Liqasında Monteneqro, Kipr və Farer adaları ilə eyni qrupda çıxış edən yığmamız 5 qələbə, 1 heç-heçəyə imza ataraq B Liqasına yüksəlib.

FIFA reytinqinə 2066,05 xalla İspaniya yığması başçılıq edir. ABŞ yığması (2045,12) ikinci, Fransa seçməsi (2021,69) üçüncü sırada qərarlaşıb.

Reytinq cədvəlinin ilk 50 pilləsində qərarlaşmış milli komandaların siyahısını təqdim edirik:

  1. İspaniya – 2066,05
  2. ABŞ – 2045,12
  3. Fransa – 2021,69
  4. İngiltərə – 2014,19
  5. İsveç – 1998,09
  6. Almaniya – 1987,25
  7. Niderland – 1986,84
  8. Yaponiya – 1978,01
  9. Şimali Koreya – 1950,87
  10. Kanada – 1948,58
  11. Braziliya – 1941,08
  12. Avstraliya – 1879,84
  13. Danimarka – 1874,2
  14. İtaliya – 1860,67
  15. İslandiya – 1846,7
  16. Norveç – 1839,67
  17. Avstriya 1838,76
  18. Belçika – 1818,53
  19. Çin – 1803,4
  20. Cənubi Koreya – 1800,07
  21. Portuqaliya – 1750,4
  22. İsveçrə – 1746,85
  23. Kolumbiya – 1746,52
  24. İrlandiya – 1736,76
  25. Şotlandiya – 1732,17
  26. Rusiya – 1717,17
  27. Finlandiya 1692,64
  28. Çexiya – 1675,63
  29. Polşa – 1674,07
  30. Yeni Zelandiya – 1670,73
  31. Argentina – 1657,79
  32. Uels – 1653,68
  33. Ukrayna – 1634,58
  34. Nigeriya – 1627,12
  35. Meksika – 1625,54
  36. Serbiya – 1622,57
  37. Vyetnam – 1611,3
  38. Filippin – 1571,64
  39. Çili – 1567,07
  40. Yamayka – 1550,09
  41. Macarıstan – 1545,94
  42. Çin Taypeyi – 1545,1
  43. Kosta Rika – 1542,58
  44. Sloveniya – 1540,01
  45. Rumıniya – 1533,65
  46. Şimali İrlandiya – 1527,58
  47. Özbəkistan – 1526,04
  48. Tailand – 1518,37
  49. Slovakiya – 1513,82
  50. Paraqvay – 1505,2