Basketbol Federasiyası tərəfindən ilk dəfə təşkil olunmuş qadınlar arasında Azərbaycan kubokunun qalibi müəyyənləşib. Arena.az xəbər verir ki, həlledici oyun bu gün “Sərhədçi” İdman Mərkəzində təşkil olunub.
Finalda BBA və AZE U-16 komandaları üz-üzə gəliblər. Son topa qədər davam edən mübarizənin yekununda 51:48 hesablı qələbə qazanan BBA basketbolçuları, qadınlar arasında ilk dəfə keçirilən basketbol üzrə Azərbaycan kubokunun sahibi olublar.
Xatırladaq ki, bu komandalar arasında əsas mərhələdəki oyun da BBA-nın qələbəsiylə yekunlaşmışdı.
Ümumiyyətlə, qadınlar arasındakı ilk ölkə kubokunda dörd komanda mübarizə aparıb: BBA, “Alov”, PH və AZE U-16.
Əsas mərhələnin oyunları dairəvi sistemdə keçirilib. Bu mərhələdə qeydə alınmış nəticələr belə olub:
1-ci tur
PH – AZE U-16 45:79
“Alov” – BBA 34:66
2-ci tur
AZE U-16 – “Alov” 104:43
BBA – PH 53:25
3-cü tur
AZE U-16 – BBA 37:61
“Alov” – PH 48:46
Turnir cədvəli
1. BBA (3 oyun, 3 qələbə, 0 məğlubiyyət) – 6 xal
2. AZE U-16 (3 oyun, 2 qələbə, 1 məğlubiyyət) – 5 xal
3. “Alov” (3 oyun, 1 qələbə, 2 məğlubiyyət) – 4 xal
4. PH (3 oyun, 0 qələbə, 3 məğlubiyyət) – 3 xal
Bu nəticələrdən sonra reqlamentə əsasən, turnir cədvəlində ilk iki yeri tutmuş komandalar finala vəsiqə qazanıblar.
Final qarşılaşmasından fərqli olaraq, qadınlar arasındakı ilk ölkə kubokunun bütün oyunları Texniki Universitetin idman zalında keçirilib. Oyunlar federasiyanın “YouTube” portalındakı rəsmi hesabından canlı olaraq basketbolsevərlərə təqdim olunub.


