Futbol üzrə Fransa milli komandasının sabiq müdafiəçisi Qael Klişi İsveçrənin “Servett” klubu ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
Yeni müqaviləyə əsasən, 36 yaşlı futbolçu 2023-cü ilin yayına qədər bu komandanın uğurları üçün çalışmağa davam edəcək. Onun əvvəlki sözləşməsi bu ilin yayına qədər idi.
Qael Klişi 2020-ci ilin dekabrından “Servett”də oynayır. O, komandanın heyətində meydana çıxdığı 55 matçda 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Klişi karyerası ərzində “Kan”, “Arsenal”, “Mançester Siti” və “Başakşəhər” kimi klublarda forma geyinib. O, Fransa milli komandasının heyətində 20 matça çıxıb.


