“Qalatasaray” 3 xalı tək qolla qazandı

Futbol üzrə Türkiyə Super Liqasında 26-cı turun oyunları keçirilir.

Arena.az xəbər verir ki, şənbə günü daha dörd görüş baş tutub.

“Kasımpaşa” evdə “Fatih Karagümrük”ə, “Dənizlispor” “Gənclərbirliyi”nə qalib gəlibsə, “Yeni Malatyaspor” “Konyaspor”la matçdan məğlub ayrılıb.

Lider “Qalatasaray” isə bu turda “Alanyaspor”un qonağı olub və minimal hesabla qalib gəlib.

Türkiyə Super Liqası
26-cı tur
19 fevral

Başakşəhər – Trabzonspor 0:1
Qol: Y.Sarı, 79.

20 fevral

Kasımpaşa – Fatih Karagümrük 3:2
Qol: Telin, 20. Y.Erdoğan, 59; 68 – Roko, 14. Kastro, 80.

Dənizlispor – Gənclərbirliyi 1:0
Qol: Mesanoviç, 19.

Yeni Malatyaspor – Konyaspor 2:3
Qol: A.Büyük, 24; 45+3-pen – Diomande, 72. Çikalleşi, 80; 84.

Alanyaspor – Qalatasaray 0:1
Qol: E.Kılınc, 18.

21 fevral

14:30 Ərzurumspor – Hatayspor
17:00 Qaziantep – Antalyaspor
17:00 Sivasspor – Kayserispor
20:00 Fənərbaxça – Göztəpə

22 fevral

20:00 Ankaragücü – Rizəspor