Bu gün futbol üzrə Türkiyə Kubokunda 2023/2024 mövsümünün 1/4 final mərhələsinin sonuncu qarşılaşması baş tutub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir görüş baş tutub.
“Qalatasaray” doğma meydanda İstanbulun digər təmsilçisi “Fatih Karagümrük”lə üz-üzə gəlib. İki cavabsız qolla uduzan “sarı-qırmızılar” kubokla vidalaşıblar.
Xatırladaq ki, daha öncə “Trabzonspor”, “Beşiktaş” və “Ankaragücü” də Türkiyə Kubokunda yarımfinala vəsiqə qazanmışdılar.
Türkiyə Kuboku
1/4 final
27 fevral
Ankaragücü – Fənərbaxça 3:0
Qollar: Morutan, 10. Xatsiyovanis, 33. Q.Rodriqes, 87.
28 fevral
Trabzonspor – Başakşəhər 1:0
Qol: Vişça, 57.
Beşiktaş – Konyaspor 2:0
Qollar: S.Uçan, 32. C.Tosun, 58.
29 fevral
Qalatasaray – Fatih Karagümrük 0:2
Qollar: Markao, 6. R.Mendes, 84.
Beləliklə, Türkiyə Kubokunun yarımfinalında aşağıdakı kollektivlər üz-üzə gələcəklər:
Beşiktaş – Ankragücü
Trabzonspor – Fatih Karagümrük
Yarımfinal oyunları ev-səfər prinsipi ilə müəyyənləşəcək. İki oyunun nəticəsinə əsasən qalib gələcək komandalar finala yüksələcəklər.