“Qalatasaray” FİFA-ya şikayət etdi

Türkiyənin “Qalatasaray” klubu Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Nəsr”idən FİFA-ya şikayət edib.

Arena.az xəbər verir ki, İstanbul təmsilçisi yayda futbolçusu Maykonu 1,43 milyon avro qarşılığında “Əl Nəsr”ə satsa da, Səudiyyə Ərəbistanı klubu bu məbləği hələ ödəməyib.

“Qalatasaray” bu səbəbdən “Əl Nəsr”lə olan problemini dünyanın ali futbol qurumunun köməyi ilə həll etməyə qərar verib.

FİFA “Əl Nəsr”ə borcunu ödəməsi üçün vaxt qoyub. Ərəblər borcu vaxtında ödəməsələr, transfer qadağası ilə üzləşə bilərlər.