Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, İstanbul təmsilçisi “Konyaspor”dan Abdülkerim Bardakcını transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb.
“Qalatasaray” bu transfer üçün “Konyaspor”a 2.8 milyon avro ödəyəcək. Futbolçunun yeni klubundakı mövsümlər üzrə qazancı isə belə olacaq:
2022/23 – 17 milyon TL
2023/24 – 19.55 milyon TL
2024/25 23.46 milyon TL
2025/26 – 29.32 milyon TL
Abdülkerim Bardakcı “Zonguldakspor”un yetirməsidir. Daha sonra “Konyaspor”un akademiyasına qoşulan futbolçu, “Selçukluspor”, “Adana Dəmirspor”, “Samsunspor”, “Girəsunspor”, “Dənizlispor” və “Altay” kimi klublarda icarədə oynayıb. O, 2021/22 mövsümünün əvvəlindən yenidən “Konyaspor”da çıxış eməyə başlayıb. Geridə qalan mövsümdə Konya təmsilçisinin heyətində Super Liqada 33 matça çıxan mərkəz müdafiəçisi, bu görüşlərdə 5 qol da vurub.


