Bu gün futbol üzrə Türkiyə Kubokunda 2023/2024 mövsümünün 1/8 final mərhələsinin qarşılaşmalarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
“Ankaragücü” “Ərzincanspor”u 5, “Qalatasaray” isə “Bandırmaspor”u 4 qolla məğlub edərək 1/4 finala yüksəliblər.
İki Super Liqa təmsilçisinin – “Fatih Karagümrük” və “Samsunspor” komandalarının dueli daha gərgin keçib. Üç qolun qeydə alındığı bu oyunda İstanbul təmsilçisi çətin qələbəyə sevinib.
Türkiyə Kubokunda 1/8 final mərhələsinin qalan görüşləri 7 və 8 fevralda keçiriləcək.
Türkiyə Kuboku
1/8 final
6 fevral
Fatih Karagümrük – Samsunspor 2:1
Qollar: Biraski, 72. Paoletti, 89 – Marius, 68.
Ankaragücü – Ərzincanspor 5:1
Qollar: T.Cigerci, 36-pen. Pedrinyo, 44. Radakoviç, 51. Maçeda, 65. Astanakulov, 90+2 – O.Aynaoğlu, 59.
Qalatasaray – Bandırmaspor 4:2
Qollar: D.Sançes, 26. H.Dərvişoğlu, 36-pen. Tete, 40-pen. K.Vinisius, 90+5 – S.Piçinciol, 45+3. Mulumba, 77.
7 fevral
15:30. Sivasspor – Konyaspor
18:30. Başakşəhər – Hatayspor
21:45. Qaziantep – Fənərbaxça
8 fevral
18:30. Gənclərbirliyi – Trabzonspor
21:45. Antalyaspor – Beşiktaş