Bu gün futbol üzrə Türkiyə Kubokunda 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsinin növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
“Trabzonspor” bu mərhələdə “Bodrumspor”la qarşılaşıb. Əlavə vaxta gedən və beş qolun qeydə alındığı oyun Trabzon təmsilçisinin xeyrinə yekunlaşıb.
Ən maraqlı görüşlərdən biri İstanbul nəhəngləri – “Qalatasaray”la “Fənərbağça” arasında olub. Üç qolun vurulduğu, bir neçə qırmızı vərəqənin göstərildiyi, qalmaqallarla və davalarla zəngin İstanbul derbisinin sonunda növbəti mərhələyə “Qalatasaray” vəsiqə qazanıb.
Daha öncə “Konyaspor” doğma meydanda “İskenderunspor”u 3 cavabsız qolla məğlub edərək ilk yarımfinalçı olmuşdu.
Sabah baş tutacaq son oyunda “Beşiktaş” “Göztəpə”ni sınağa çəkəcək.
Qeyd edək ki, Türkiyə Kubokunda yarımfinal mərhələsinin oyunları aprelin 22-də, 23-də və ya 24-də baş tutacaq. Final qarşılaşması isə mayın 14-də keçiriləcək.
Türkiyə Kuboku
1/4 final
1 aprel
“Konyaspor” – “İskenderunspor” 3:0
Qollar: U.Nayir, 65. M.İbrahimoğlu, 84. Çaluşiç, 90+2.
2 aprel
“Trabzonspor” – “Bodrumspor” 3:2
Qollar: Banza, 3. Eskihellaç, 22. Zubkov, 98 – T.Seferi, 15. Bardi, 20.
“Fənərbağça” – “Qalatasaray” 1:2
Qollar: Şimanski, 45+2 – Osimhen, 10; 27-pen.
3 aprel
21:30. “Beşiktaş” – “Göztəpə”