“Qalatasaray” yenə qələbəyə həsrət qaldı

Futbol üzrə Türkiyə Super Liqasında 29-cu turun oyunları keçirilir.

Arena.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.

“Fatih Karagümrük” evdə “Ankaragücü”nə, “Hatayspor” “Kayserispor”a, “Gənclərbirliyi” “Başakşəhər”ə uduzub.

Ötən tur autsayder “Ankaragücü” qarşısında gözlənilməz məğlubiyyət alan “Qalatasaray” bu dəfə “Sivasspor”la ev oyunundan xal itkisi ilə ayrılıb.

Türkiyə Super Liqası
29-cu tur
6 mart

Dənizlispor – Yeni Malatyaspor 3:2
Qol: Rodalleqa, 31. R.Niyaz, 44. Saçko, 80 – Mallan, 16. Tetteh, 77.

Beşiktaş – Qaziantep 2:1
Qol: Abubakar, 15; 72 – Dikko, 90-pen.

7 mart

Fatih Karagümrük – Ankaragücü 0:1
Qol: A.Potuk, 56.

Hatayspor – Kayserispor 1:3
Qol: Pablo, 54 – İ.Parlak, 24. U.Demirok, 36. P.Enrike, 58.

Gənclərbirliyi – Başakşəhər 0:1
Qol: D.Ba, 90.

Qalatasaray – Sivasspor 2:2
Qol: Falkao, 14; 68-pen – Qradel, 9; Boyd, 38.

8 mart

17:00 Trabzonspor – Alanyaspor
17:00 Antalyaspor – Kasımpaşa
20:00 Göztəpə – Ərzurumspor
20:00 Konyaspor – Fənərbaxça