“Qalatasaray”la “Başakşəhər”dən heç-heçə

Futbol üzrə Türkiyə Super Liqasında 17-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha beş qarşılaşma baş tutub.

Lider “Trabzonspor” bu turda “Hatayspor”u qəbul edib və inamlı qələbəyə sevinib.

“Alanyaspor” evdə “Adana Dəmirspor”a, “Kasımpaşa” isə “Sivasspor”a uduzub. “Konyaspor” da “Antalyaspor”u məğlub yola salıb.

Ötən tur “Sivasspor” səfərindən əliboş qayıdan “Qalatasaray”ın budəfəki rəqibi son turların uğurlu komandası “Başakşəhər” olub. İstanbul təmsilçilərinin duelində qalib müəyyənləşməyib.

Turun mərkəzi görüşü İstanbulda keçiriləcək. “Fənərbaxça” doğma meydanda “Beşiktaş”ı qəbul edəcək.

Türkiyə Super Liqası
17-ci tur
17 dekabr

Girəsunspor – Altay 3:1
Qol: Süleymanov, 31. Balde, 61. Diabate, 72 – Poko, 81.

18 dekabr

Kasımpaşa – Sivasspor 1:3
Qol: Kamara, 43-öz qapısına – Fajr, 50. Yatabare, 76; 81.

Trabzonspor – Hatayspor 2:0
Qol: Djanini, 24. Kornelius, 38.

Konyaspor – Antalyaspor 1:0
Qol: E.Çekici, 90+2.

Qalatasaray – Başakşəhər 1:1
Qol: M.Məhəmməd, 87 – Okaka, 20.

Alanyaspor – Adana Dəmirspor 1:3
Qol: Dyedyu, 30 – Varqas, 26. Balotelli, 43. Byarnason, 51.

19 dekabr

14:30. Rizəspor – Yeni Malatyaspor
17:00. Kayserispor – Qaziantep
17:00. Göztəpə – Fatih Karagümrük
20:00. Fənərbaxça – Beşiktaş

Xəbəri sosial şəbəkələrdə paylaş: