Qara Qarayev millimizin heyətindən çıxarıldı

Futbol üzrə Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlar ərəfəsində ciddi itki ilə üzləşib.

Arena.az xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev milli komanda ilə birgə səfərə yollana bilməyəcək.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, futbolçu zədədən əziyyət çəkir. Bu üzdən də o, heyətdən çıxarılıb.

Xatırladaq ki, millimiz martın 24-də Turində Portuqaliya yığması ilə qarşılaşacaq. Komandamız bu qarşılaşma üçün sabah – martın 22-də İtaliyaya yola düşəcək.

Azərbaycan millisi martın 27-də Macarıstanın Debretsen şəhərində Qətər, ayın 30-da Bakı Olimpiya Stadionunda Serbiya yığmaları ilə də qarşılaşacaq.