Premyer Liqanın 2022/2023 mövsümünün çempionu olan “Qarabağ” Azərbaycan çempionatlarında 300-cü ev qələbəsini qazanıb.
Arena.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümünün sonuncu – 36-cı turunda baş verib.
Qurban Qurbanovun yetirmələri mövsümün son matçında “Turan Tovuz”a qalib gəlib – 3:1.
Ağdam klubu 1992-ci ildən keçirilən ölkə çempionatlarında 300-cü ev qələbəsini 438-ci oyunda bayram edib. “Qarabağ” bu göstəricidə mütləq rekordçudur.
Ağdamlıların ilk ev qələbəsi 1992-ci mayın 6-da qeydə alınıb. Həmin gün Kürdəmir “Şirvan”ını qəbul edən Ağdam təmsilçisi 6 cavabsız qolla qələbə qazanıb.