“Qarabağ” Almaniya klubu ilə heç-heçəyə razılaşdı

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün hazırlıq prosesi çərçivəsində sonuncu yoxlama oyununa çıxıb.

Arena.az xəbər verir ki, Ağdam təmsilçisi Almaniyanın “Auqsburq” klubu ilə qarşılaşıb.

Bundesliqa təmsilçisi ilə görüş məhsuldar alınıb. Dörd qolun vurulduğu matçda qalib müəyyənləşməyib.

Hesabı “Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade açıb. Daha sonra Xayme Romero Ağdam təmsilçisinin ikinci qoluna imza atıb. 37-ci dəqiqədə penalti qazanan Almaniya klubu fərqi azaldıb. Fasilə ərəfəsində isə Bundesliqa təmsilçisi daha bir qol vurmaqla matçda yekun nəticəni müəyyənləşdirib.

“Qarabağ” bundan öncə Avstriyada daha iki yoxlama oyunu keçirmişdi. “Köhlən atlar” Bolqarıstanın ÇSKA (Sofiya) komandasını məğlub etmiş (1:0), Rusiya “Arsenal”ına isə uduzmuşdu (0:1).

Yoxlama oyunu
15 iyul

Qarabağ – Auqsburq (Almaniya) 2:2

Xəbəri sosial şəbəkələrdə paylaş: