“Qarabağ” “Aşdod” ilə ilk oyunda heç-heçəyə razılaşdı

“Qarabağ” bu gün Avropa Konfrans Liqasında ilk oyununa çıxıb. Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi 2-ci təsnifat mərhələsi çərçivəsində İsrailin “Aşdod” komandası ilə üz-üzə gəlib.

Ağdam klubu bu rəqiblə ilk oyununu doğma meydanda keçirib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda təmsilçimiz daha şanslı hesab olunurdu. Amma təəssüf ki, 90 dəqiqə ərzində rəqib qapısına yol tapmaq mümkün olmayıb. Bu azmış kimi, qarşılaşmanın sonlarında kapitan Maksim Medvedev də birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Bu komandalar arasındakı cavab oyunu iyulun 29-da İsraildə keçiriləcək.

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsi

22 iyul

Qarabağ – Aşdod 0:0
Qırmızı vərəqə: M.Medvedev, 83.
Baş hakim: Sergey Boyko (Ukrayna).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Patrik Andrade, 10. Abdullah Zubir, 11. Xayme Romero, 19. Filip Ozobiç, 27. Tural Bayramov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 8. Uroş Matiç, 18. İsmayıl İbrahimli, 20. Kadi Malinovski, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev, 28. Hüseyn Hüseynzadə, 29. Marko Veşoviç, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.
Aşdod: 1. Yoav Jarafi, 3. Gil Kohen, 5. Nenad Çvetkoviç, 6. Feras Abu Akal, 11. Lior Einbrom, 13. Montari Kamaheni, 15. Tom Ben Zaken (k), 23. Martin Rainov, 71. David Roi Nyenque, 77. Yakov Brihon, 99. Oz Bilevi.
Ehtiyat oyunçular: 90. Roi Mişpati, 9. Şalev Haroş, 10. Mussa Baqayoko, 12. Bar Netanel, 14. Yoni Sisay, 16. Zohar Zasano, 18. Guy Dahan, 26. Abdul Muqesse Zakariya, 30. Navaf Bzeya, 55. Naor Sabaq, 66. Nir Migel Hassan.
Baş məşqçi: Ran Ben Şimon.