“Qarabağ” – “Aşdod” matçının hakimi dəyişdirildi

Futbol üzrə Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində iyulun 22-də keçiriləcək “Qarabağ” – “Aşdod” (İsrail) matçının baş hakimi dəyişib.

Arena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Ukraynadan olan FİFA referisi Sergey Boyko idarə edəcək.

Ona polşalı yan xətt hakimləri Arkadiuş Vuyçik və Tomaş Nemirovski kömək edəcəklər. Dördüncü hakim funksiyasını da Polşadan Pyotr Lasyik yerinə yetirəcək.

Daha əvvəl qarşılaşmanın baş hakimi polşalı Kşiştof Yakubik təyin olunmuşdu. Lakin onun dəyişdirilməsinin dəqiq səbəbi bilinmir. Böyük ehtimalla bu, referinin koronavirusa yoluxması ilə bağlıdır.

İyulun 22-də keçiriləcək “Qarabağ” – “Aşdod” matçına saat 20:00-da start veriləcək.