“Qarabağ” Avropa Liqasına Pireydə vida etdi

Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının Liqa mərhələsinin 8-ci turu çərçivəsində “Olimpiakos”un qonağı olub.

Arena.az xəbər verir ki, Azərbaycan və Yunanıstan nəhəngləri Pireydə üz-üzə gəliblər.

“Georgios Karaiskakis” stadionunda baş tutan oyunu Rumıniyadan olan hakimlər idarə ediblər. Bu görüşdə qazanılacaq mümkün qələbə Azərbaycan çempionu üçün turnir cədvəli baxımından heç bir əhəmiyyət daşımırdı. İstənilən halda, komandamız Avroliqaya vida edəcəkdi. Amma Yunanıstan klubu qalib gəlsə, birbaşa 1/8 finala yüksələcəkdi. Yekunda məhz “Olimpiakos” 3 cavabsız qolla qalib gələrək istəyinə çatıb. Qurban Qurbanovun kollektivi isə cari mövsümdə avrokubok mübarizəsini başa vurub.

Keçirdiyi oyunlarda cəmi bir qələbəsi olan Azərbaycan çempionu Avroliqanın Liqa mərhələsinin yarış cədvəlində 3 xalla sonuncu – 36-cı olub. “Olimpiakos” isə 15 xalla 7-ci yeri tutub.

Avropa Liqası
Liqa mərhələsi, 8-ci tur
30 yanvar

“Olimpiakos” – “Qarabağ” 3:0
Qollar: Əyyub Əl-Kaabi, 56; 60. Jülyan Byankone, 89.
Baş hakim: Radu Petresku (Rumıniya).
Pirey. “Georgios Karaiskakis” stadionu.

Olimpiakos: 88. Kostal Tsolakis (k), 4. Jülyan Byankone, 5. Lorenso Pirola, 9. Əyyub Əl-Kaabi, 10. Jelson Martins, 11. Kristoffer Velde, 14. Dani Qarsiya, 16. David Karmo, 20. Kostinya, 32. Santyaqo Hezze, 84. Xaralampos Kostulas.
Ehtiyat oyunçular: 1. Alexandros Paskalakis, 99. Alexandros Anaqnostopulos, 3. Fransisko Orteqa, 8. Marko Stameniç, 17. Roman Yaremçuk, 19. Giorgos Masuras, 22. Çikinyo, 23. Rodiney, 27. Serjio Oliveyra, 45. Panayotis Retsos, 65. Apostolos Apostolopulos, 96. Xristos Muzakitis.
Baş məşqçi: Xose Luis Mendilibar.

Qarabağ: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 7. Yassin Benzya, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 90. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 21. Aleksey Kaşuk, 11. Emmanuel Adday, 20. Riçard Almeyda, 22. Musa Qurbanlı, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 30. Abbas Hüseynov. 55. Bədavi Hüseynov, 66. Patrik Andrade.
Baş məşqçi: Qurban Qurbanov.