“Qarabağ” Azərbaycan Kubokunda məğlubiyyətlə mərhələ adladı

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

Arena.az xəbər verir ki, ilk oyun gününün sonuncu qarşılaşması “Qarabağ”la “Sabah” arasında baş tutub.

Bu oyunun tamamilə formal xarakter daşıyacağı hələ tərəflərin ilk qarşılaşmasından sonra dəqiqləşmişdi. “Qarabağ” səfərdə 7 qol vurduğu “Sabah”ı bu dəfə doğma meydanda sınağa çəkib. Ağdam təmsilçisinin belə bir üstünlüyü əldən verəcəyinə yəqin ki, “Sabah”ın düşərgəsinə də ümid edən yox idi. Düzdü, “Sabah” səfərdə baş tutan cavab oyunundan qalib ayrılmağı bacarıb. Amma 4:3 hesablı qələbə təsəllidən başqa heç nəyə yaramayıb. Nəticədə, “Zirə”nin ardınca “Qarabağ” da yarımfinala vəsiqəni rəsmiləşdirib.

Azərbaycan Kubokunda 1/4 final mərhələsinə sabah keçiriləcək iki oyunla yekun vurulacaq. “Qəbələ” “Araz-Naxçıvan”ı, “Neftçi” isə “Sumqayıt”ı qəbul eədcək.

Azərbaycan Kuboku
1/4 finalın cavab oyunu
8 fevral

“Qarabağ” – “Sabah” 3:4
Qollar: Hamidu Keyta, 30. Adama Diakabi, 61. Maruan Hadudi, 74-öz qapısına – Kristian da Silva, 5. Jarl Marqarita, 27. İshak Belfodil, 58; 69-pen.
Qırmızı vərəqə: Riçard Almeyda, 76.
Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Kamranbəy Rəhimov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun – 7:1

Qarabağ: 99. Andrey Lunyov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 7. Yassin Benzya, 17. Hamidu Keyta, 8. Marko Yankoviç, 11. Adama Diakabi, 2. Mateus Silva, 19. Redon Cica.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 71. Qurban Məhərrəmov, 55. Bədavi Hüseynov, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.

Sabah: 1. Yusif İmanov, 4. Elvin Camalov (k), 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 14. İshak Belfodil, 7. Boyan Letiç, 28. Kahim Parris, 12. Vensan Till, 27. Jarl Marqarita.
Ehtiyat oyunçular: 75. Emil Həbibov, 76. Süleyman Həsənov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 6. Abdulla Xaybulayev, 40. Rauf Rüstəmli, 88. Xəyal Əliyev, 25. Hüseyn Məmmədzadə, 53. Fəxri Məmmədli, 70. Jesse Sekidika, 19. Emmanuel Apeh, 3. Con İrasabal.
Məşqçi: Ruslan Qafitullin.