“Qarabağ” “Azərsun Arena”ya qayıdır – Rəsmi

Azərbaycan Premyer Liqasının lideri “Qarabağ” ev oyunlarının “Azərsun Arena”da keçirilməsi üçün Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.

Arena.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.

Müraciətdə stadionda təmir və bərpa işlərinin başa çatmaq üzrə olduğu və klubun Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümünün son ev oyunlarını “Azərsun Arena”da qəbul etmək istədiyi bildirilib.

“Qarabağ” klubunun müraciətini, Əsasnamə tələblərinin qorunmasını nəzərə alan PFL məsələni müsbət qarşılayıb.

Beləliklə, 33-cü turun “Sumqayıt” ilə mayın 4-də gerçəkləşəcək görüşündən etibarən “Qarabağ” ev oyunlarını “Azərsun Arena”da keçirəcək.