“Qarabağ” – “Bayer” matçına bir günə bu qədər bilet satıldı

Futbol üzrə Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Bayer” oyununa bilet satışı davam edir.

Arena.az xəbər verir ki, ötən gün saat 12:00-da satışa çıxarılmasına baxmayaraq, artıq bu oyuna 27 min bilet satılıb.

Bir gün ərzində biletlərin böyük əksəriyyətinin artıq satıldığını nəzərə alsaq, qısa zamanda bütün biletlərin tükənəcəyini söyləmək olar.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 40, 100 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri:
– Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
– “Qarabağ”ın “Park Bulvar”dakı fan-şopu;
– Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;
– “Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.

Xatırladaq ki, “Qarabağ” – “Bayer” oyunu martın 7-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu oyuna saat 21:45-də start veriləcək.

Azərbaycan və Almaniya təmsilçiləri arasındakı cavab qarşılaşması isə bir həftə sonra – martın 14-də Leverkuzendəki “BayArena”da keçiriləcək. Bu qarşılaşmaya yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 00:00) start veriləcək.

Xatırladaq ki, Ağdam və Leverkuzen təmsilçiləri bu mövsüm Avropa Liqasının qrup mərhələsində də mübarizə aparıblar. Azərbaycan çempionu bu rəqibinə Leverkuzendə 1:5, Bakıda isə 0:1 hesabı ilə məğlub olub. Almaniya təmsilçisi qrup lideri kimi 1/8 finala, Azərbaycan çempionu isə qrupda 2-ci yeri tutaraq pley-offa vəsiqə qazanıb.