“Qarabağ” “Bayer”lə oyun üçün Leverkuzenə yollandı – Fotolar

Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Bayer”in qonağı olacaq “Qarabağ” bu gün Almaniyaya yola düşüb.

Arena.az xəbər verir ki, Ağdam təmsilçisi əvvəlcə Kölnə, oradan isə Leverkuzenə yollanacaq.

Sabah – martın 13-də, yerli vaxtla saat 17:00-da Leverkuzendə Ağdam təmsilçisinin baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı başlayacaq. Saat 17:30-da isə komandanın açıq məşqçinə start veriləcək.

Xatırladaq ki, “Qarabağ”la “Bayer” arasındakı ilk oyun martın 7-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Həmin oyunda qalib müəyyənləşməyib – 2:2.

Azərbaycan və Almaniya təmsilçiləri arasındakı cavab qarşılaşması isə martın 14-də Leverkuzendəki “BayArena”da keçiriləcək. Bu qarşılaşmaya yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 00:00) start veriləcək.

Ağdam və Leverkuzen təmsilçiləri bu mövsüm Avropa Liqasının qrup mərhələsində də mübarizə aparıblar. Azərbaycan çempionu bu rəqibinə Leverkuzendə 1:5, Bakıda isə 0:1 hesabı ilə məğlub olub. Almaniya təmsilçisi qrup lideri kimi birbaşa 1/8 finala yüksəlmişdisə, Azərbaycan çempionu qrupda 2-ci yeri tutaraq pley-offa vəsiqə qazanmışdı.