“Qarabağ” “Bayer”lə tarixi oyunlar üçün 24 futbolçu sifariş etdi

“Qarabağ” Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində “Bayer”lə keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Arena.az qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionu Almaniya klubu ilə görüşlər üçün 24 futbolçu sifariş edib.

Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov heyətdə 3 qapıçıya, 9 müdafiəçiyə, 9 yarımmüdafiəçiyə və 3 hücumçuya yer verib. Amma bu oyunçulardan Elvin Cəfərquliyevlə yarımmüdafiəçi Julio Romao almanlarla ilk qarşılaşmanı cəza səbəbindən buraxmalı olacaqlar.

Qapıçılar: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 99. Andrey Lunyov;

Müdafiəçilər: 2. Mateus Silva, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 83. Nihad Quliyev;

Yarımmüdafiəçilər: 6. Julio Romao, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 19. Redon Cica, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 66. Patrik Andrade;

Hücumçular: 17. Hamidu Keyta, 18. Olavio Juninyo, 90. Nəriman Axundzadə;

Qeyd edək ki, “Qarabağ”la “Bayer” arasındakı ilk oyun martın 7-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu oyuna saat 21:45-də start veriləcək. Cavab qarşılaşması isə bir həftə sonra, ayın 14-də Leverkuzendə baş tutacaq. Səfər matçı yerli vaxtla 21:00-da (Bakı vaxtı ilə 00:00-da) başlayacaq.

Xatırladaq ki, Ağdam və Leverkuzen təmsilçiləri bu mövsüm Avropa Liqasının qrup mərhələsində də mübarizə aparıblar. Azərbaycan çempionu bu rəqibinə Leverkuzendə 1:5, Bakıda isə 0:1 hesabı ilə məğlub olub. Almaniya təmsilçisi qrup lideri kimi 1/8 finala, Azərbaycan çempionu isə qrupda 2-ci yeri tutaraq pley-offa vəsiqə qazanıb.