“Qarabağ” – “Bazel” matçının hakimləri açıqlandı

Avropa Konfrans Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Bazel” (İsveçrə) matçının hakim təyinatları açıqlanıb. Arena.az xəbər verir ki, bu qarşılaşmanı Belçikadan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Erik Lambrexts olacaq. Ona yan xətt hakimləri Rin Fanizere və Yo de Veyrdt kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Vim Smet yerinə yetirəcək.

Sentyabrın 16-da Bakı Olimpiya Stadionunda baş tutacaq “Qarabağ” – “Bazel” matçına saat 20:45-də start veriləcək.