Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Braqa” oyununun biletləri saat 12:00-dan iticket.az-da satışa çıxarılıb.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.
Satış məntəqələri:
– Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
– “Qarabağ”ın “Park Bulvar”dakı fan-şopu;
– Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;
– Heydər Əliyev sarayının kassaları;
– “Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.
Xatırladaq ki, “Qarabağ” – “Braqa” oyunu fevralın 22-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu oyuna saat 21:45-də start veriləcək.
Azərbaycan və Portuqaliya təmsilçiləri arasındakı ilk qarşılaşma isə gələn həftə – fevralın 15-də səfərdə keçiriləcək. “Braqa”nın meydanında baş tutacaq bu oyuna Bakı vaxtı ilə fevralın 15-dən 16-na keçən gecə, saat 00:00-da start veriləcək.