“Qarabağ” – “Braqa”: Start heyətlər açıqlandı

Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Portuqaliya “Braqa”sı ilə cavab oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Avroliqanın 1/8 finalına vəsiqə uğrunda mübarizə aparan komandaların cavab görüşü Bakıda keçiriləcək.

Artıq komandaların Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyunda hansı heyətlərlə mübarizə aparacağı da məlumdur. Heyətlərlə sizi də tanış edirik.

Xatırladaq ki, 1/8 finala vəsiqə qazanmaq iddiasında olan “Qarabağ” səfərdəki oyunda bu rəqibinə 4:2 hesabıyla qalib gəlmişdi.

Avropa Liqası
Pley-offun cavab oyunu
22 fevral

21:45. “Qarabağ” – “Braqa”
Hakimlər: Georgi Kabakov, Martin Marqaritov, Diyan Valkov, Nikola Popov (Bolqarıstan).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun – 4:2.

Qarabağ: 99. Andrey Lunyov, 6. Julio Romao, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. Olavio Juninyo, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev. 55. Bədavi Hüseynov (k).
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Mateus Silva, 5. Maksim Medvedev, 17. Hamidu Keyta, 19. Redon Cica, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 66. Patrik Andrade, 81. Kevin Medina, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.

Braqa: 1. Mateus, 2. Viktor Qomes, 4. Siku Niakate, 9. Abel Ruis (k), 11. Rocer Fernandes, 15. Paulo Oliveyra, 16. Rodriqo Salasar, 22. Pitsi, 23. Simon Banza, 26. Kristian Borxa, 28. Joao Moutinyo.
Ehtiyat oyunçular: 12. Tiaqo Sa, 91. Lukaş Horniçek, 5. Sərdar Saatçı, 6. Xose Fonte, 7. Bruma, 10. Şer Ndur, 14. Alvaro Djalo, 17. Yosafat Mendes, 18. Vitor Karvalyo, 20. Roni Lopes, 55. Çissumba, 90. Djibril Sumare.
Baş məşqçi: Artur Jorje.