Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasında tarixi matça – pley-off mərhələsində ilk oyununa çıxıb.
Arena.az xəbər verir ki, avrokubokların 2023/2024 mövsümündə mübarizəni davam etdirən yeganə Azərbaycan klubu Avroliqanın 1/8 finalına vəsiqə uğrunda Portuqaliya “Braqa”sı ilə üz-üzə gəlib.
Qurban Qurbanovun çalışdırdığı kollektiv bu rəqibə qarşı ilk oyununu səfərdə keçirib. Bu matç Azərbaycan tarixinə Avropa Liqasındakı ilk pley-off matçı kimi düşüb.
Tarixində ilk dəfə Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanan “Qarabağ” uğurunun davamını gətirmək üçün “Braqa” səddini adlamalıdır. Son iki mövsümdə avrokubokların yaz fəslinə qalan, amma mərhələ adlaya bilməyən komandamız bu çətin işin öhdəsindən gələ bilsə, növbəti tarixi ilklərə imza atmış olacaq.
1/8 finala vəsiqə qazanmaq üçün səfərdən sərfəli nəticə ilə qayıtmaq qayıtmaq böyük önəm daşıyırdı. Təmsilçimizin “Braqa” ilə səfər görüşü kifayət qədər məhsuldar və uğurlu alınıb. Altı qolluq qarşılaşmanın yekununda Azərbaycan çempionu inamlı qələbəyə sevinib. Artıq Bakıdakı cavab görüşündə hətta heç-heçə də 1/8 finala vəsiqəni təmin etmək üçün yetərli olacaq.
Avropa Liqası
Pley-offun ilk oyunu
15 fevral
“Braqa” – “Qarabağ” 2:4
Qollar: Simon Banza, 44. Joao Moutinyo, 90+1-pen. – Marko Yankoviç, 21-pen. Abdullah Zubir, 54; 69. Olavio Juninyo, 65.
Baş hakim: Morten Knoq (Danimarka).
Braqa. “Estadio Munisipal”.
Braqa: 1. Mateus, 2. Viktor Qomes, 4. Siku Niakate, 9. Abel Ruis (k), 14. Alvaro Djalo, 15. Paulo Oliveyra, 16. Rodriqo Salasar, 18. Vitor Karvalyo, 23. Simon Banza, 26. Kristian Borxa, 28. Joao Moutinyo.
Ehtiyat oyunçular: 12. Tiaqo Sa, 91. Lukaş Horniçek, 5. Sərdar Saatçı, 6. Xose Fonte, 10. Şer Ndur, 11. Rocer Fernandes, 17. Yosafat Mendes, 20. Roni Lopes, 22. Pissi, 55. Çissumba, 59. Yan Said, 90. Djibril Sumare.
Baş məşqçi: Artur Jorje.
Qarabağ: 99. Andrey Lunyov, 2. Mateus Silva, 6. Julio Romao, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. Olavio Juninyo, 44. Elvin Cəfərquliyev. 55. Bədavi Hüseynov (k).
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 17. Hamidu Keyta, 19. Redon Cica, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 65. Patrik Andrade, 81. Kevin Medina, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.