“Qarabağ” “Çukariçki”yə tək qolla qalib gəldi

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama matçına çıxıb. Arena.az xəbər verir ki, Ağam təmsilçisi Serbiyanın “Çukariçki” komandası ilə üz-üzə gəlib.

Qurban Qurbanovun çalışdırdığı kollektiv bu oyunda rəqibinə 1:0 hesabıyla qalib gəlib. Yeganə qola 42-ci dəqiqədə kolumbiyalı müdafiəçi Kevin Medina imza atıb.

“Qarabağ” bu gün daha bir yoxlama oyununda qüvvəsini sınayacaq. Ağdam təmsilçisi Bakı vaxtı ilə saat 18:30-da başlayacaq görüşdə Polşa təmsilçisi “Poqon”la üz-üzə gələcək. Bununla da ağdamlıların Antalya toplanışı başa çatacaq.

Xatırladaq ki, Azərbaycan çempionu Türkiyədəki ilk yoxlama görüşündə Polşanın “Rakuv” komandasına 0:3 hesabı ilə uduzmuşdu.

“Çukariçki” ilə oyunda bu heyət meydana buraxılıb: 23. Luka Quqeşaşvili, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 7. Riçard Almeyda, 11. Kvabena Ovusu, 18. İsmayıl İbrahimli, 25. Adama Diakabi, 27. Toral Bayramov, 81. Kevin Medina, 90. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 12. Teymur Həsənov, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 39. David Saenko, 32. Rəhim Cəfərli, 75. İbrahim Ağayarov.
Baş məşqçi: Qurban Qurbanov.