“Qarabağ” dünya reytinqində 3, “Neftçi” 29 pillə irəlilədi

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”, eləcə də “Neftçi” klubu dünya reytinqindəki mövqelərini yaxşılaşdırıblar.

Arena.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bu gün klubların yeni dünya reytinqini açıqlayıb.

403 komandadan ibarət siyahıya Azərbaycanın iki təmsilçisi düşüb. Ötən ay 73-cü pillədə qərarlaşan “Qarabağ” 70-ci sıraya yüksəlib. Hazırda Ağdam klubunun hesabında 146,5 xal var. “Neftçi” isə 469-cu yerdən 398-ci mövqeyədək irəliləyib. Paytaxt klubu buna 57,5 xalla nail olub.

Dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (359 xal) başçılıq edir. İspaniya təmsilçisi “Real” (332 xal) ikincidirsə, İtaliyanın “İnter” (281 xal) kollektivi üçüncü sırada qərarlaşıb.

Sıralamada ilk 30 pillədə qərarlaşmış komandaların siyahısı belədir:

  1. Mançester Siti (İngiltərə) – 359 xal
  2. Real (İspaniya) – 332 xal
  3. İnter (İtaliya) – 281 xal
  4. Əl-Əhli (Misir) – 254 xal
  5. Bayer (Almaniya) – 243 xal
  6. PSV (Niderland) – 241,5 xal
  7. Fluminense (Braziliya) – 233 xal
  8. Fiorentina (İtaliya) – 231,5 xal
  9. Bayern (Almaniya) – 228 xal
  10. Palmeyras (Braziliya) – 226 xal
  11. Yuventus (İtaliya) – 223 xal
  12. Fortaleza (Braziliya) – 219,5 xal
  13. Atletiko (İspaniya) – 218 xal
  14. Roma (İtaliya) – 217,5 xal
  15. Flamenqo (Braziliya) – 216 xal
  16. Sportinq (Portuqaliya) – 208 xal
  17. Vest Hem (İngiltərə) – 206,5 xal
  18. Portu (Portuqaliya) – 205 xal
  19. San Paulo (Braziliya) – 204 xal
  20. Milan (İtaliya) – 201 xal
  21. Fənərbaxça (Türkiyə) – 199 xal
  22. Barselona (İspaniya) – 198 xal
  23. Yunion (Belçika) – 195,5 xal
  24. Estudiantes (Argentina) – 194,5 xal
  25. Libertad (Paraqvay) – 193 xal
  26. İnternasional (Braziliya) – 192 xal
  27. Arsenal (İngiltərə) – 191 xal
  28. Leypsiq – 187 xal
  29. Napoli (İtaliya) – 185 xal
  30. Mançester Yunayted (İngiltərə) – 182 xal