Azərbaycan çempionu “Qarabağ”, eləcə də “Zirə”, “Neftçi” və “Sabah” klubuları dünya reytinqindəki mövqelərini yaxşılaşdırıblar.
Arena.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bu gün klubların yeni dünya reytinqini açıqlayıb.
504 komandadan ibarət siyahıya Azərbaycanın 4 təmsilçisi düşüb.
Ötən ay 53-cü yerdə qərarlaşan “Qarabağ” 14 pillə irəliləyib. Hazırda 39-cu olan Ağdam təmsilçisinin hesabında 191,25 xal var.
“Zirə” 369-cu pillədən 361-ə yüksəlib. Qəsəbə təmsilçisinin hesabında 62,25 reytinq xalı var.
“Sabah” da 9 pillə irəliləyib. Paytaxt təmsilçisi hazırda 60,75 xalla 379-cudur.
“Neftçi”də 6 pillə irəliləmə müşahidə edilib. “Ağ-qaralar” (59,25 xal) 397-ci pilləyə yüksəliblər.
Qeyd edək ki, dünya reytinqinə İspaniya La Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Real” (371 xal) başçılıq edir. İngiltərə təmsilçisi “Mançester Siti” (369 xal) ikinci, Almaniyanın “Bayer” (355 xal) kollektivi üçüncüdür.
- Real (İspaniya) – 371
- Mançester Siti (İngiltərə) – 369
- Bayer (Almaniya) – 355
- Atalanta (İtaliya) – 316
- Borussiya (Dortmund, Almaniya) – 261
- Atletiko (Madrid, İspaniya) – 258
- Bayern (Almaniya) – 258
- Barselona (İspaniya) – 258
- Arsenal (İngiltərə) – 248
- İnter (İtaliya) – 247
- PSJ (Fransa) – 246
- Palmeyras (Braziliya) – 226
- Roma (İtaliya) – 244
- Liverpul (İngiltərə) – 240
- Flamenqo (Brailiya) – 239
- Botafoqo (Braziliya) – 231
- Fluminense (Braziliya) – 230
- San Paulo (Braziliya) – 229
- Əl-Əhli (Misir) – 226
- Sportinq (Portuqaliya) – 226
- Yunion (Belçika) – 226
- Milan (İtaliya) – 224
- Olimpiakos (Yunanıstan) – 223,5
- Fortaleza (Braziliya) – 216,5
- Brügge (Belçika) – 216,25
- Fiorentina (İtaliya) – 212,5
- PSV (Niderland) – 207,5
- Benfika (Portuqaliya) – 207
- Qalatasaray (Türkiyə) – 205,5
- Fənərbaxça (Türkiyə) – 203,5
- Korintians (Braziliya) – 202
- Latsio (İtaliya) – 197
- Portu (Portuqaliya) – 196
- Atletiko Mineyro (Braziliya) – 195
- Aston Villa (İngiltərə) – 194,5
- Olimpik (Marsel, Fransa) – 193
- Dinamo (Zaqreb, Xorvatiya) – 193
- Libertad (Paraqvay) – 192
- Qarabağ (Azərbaycan) – 191,25
- Əl-Hilal (Səudiyyə Ərəbistanı) – 188



