“Qarabağ” evdə, “Neftçi” səfərdə qələbə qazandı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutub.

Əvvəlcə “Zirə” son çempion “Neftçi”ni qəbul edib. Üç qolun qeydə alındığı bu görüş qonaqların qələbəsiylə yekunlaşıb.

Turun qapanış matçında isə “Qarabağ” “Səbail”lə qarşılaşıb. Ağdam təmsilçisi bu oyunda darmadağına sevinib.

Xatırladaq ki, ilk oyun günündə “Qəbələ” “Keşlə”yə 2:1, “Sumqayıt” isə “Sabah”a 2:0 hesabıyla qalib gəlib.

Azərbaycan Premyer Liqası
2-ci tur
22 avqust

“Zirə” – “Neftçi” 1:2
Qol: D.Volkov, 90+4 – F.Muradbəyli, 72. E.Mahmudov, 90+2.
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Səbuhi Bayramov.
Zirə İdman Kompleksinin stadionu, 18:30.

Zirə: 1. Mehdi Cənnətov, 8. İlkin Muradov, 2. Sertan Taşkın, 32. Qismət Alıyev (k), 19. Təmkin Xəlilzadə, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 47. Mohamed Hamdaui, 11. Velves Santos, 13. Ramin Əhmədov.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Rəşad Əzizli, 10. Ağabala Ramazanov, 15. Ruslan Abışov, 9. Loris Broqno, 5. Rauf Hüseynli, 51. Rüstəm Nuruyev, 77. Samir Qurbanov, 4. Cəlal Hüseynov, 61. Nizami Səmədov, 25. Vüsal Əliyev, 64. Mahmud Ağayev.
Baş məşqçi: Rəşad Sadıqov.

Neftçi: 12. Kamran İbrahimov, 26. Ömər Buludov, 22. Mirabdulla Abbasov, 19. Fəhmin Muradbəyli, 3. Mamadu Mbodj (k), 36. Mamadu Kane, 24. Yusuf Laval, 4. Huqo Basto, 14. Romen Bask, 21. İsmayıl Zülfüqarlı, 37. Vüsal Əsgərov.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 8. Emin Mahmudov, 97. Xəyal Nəcəfov, 6. Voyislav Stankoviç, 29. Sabir Buqrin, 11. Harramiz Soares, 70. Asim Əlizadə, 20. Mert Çelik, 27. Fərid Yusifli, 72. Emin Zamanov.
Baş məşqçi: Samir Abasov.

“Qarabağ” – “Səbail” 3:0
Qol: M.Qurbanlı, 30; 45+2. F.Ozobiç, 75.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Cəmil Quliyev, Fərid Hacıyev.
Bakı. “Azersun Arena”, 20:30.

Qarabağ: 12. Emil Balayev (k), 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 77. Ramil Şeydayev, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 6. Patrik Andrade, 17. Qaspar Panadero, 29. Marko Veşoviç, 22. Musa Qurbanlı.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 94. Ayhan Arazlı, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 10. Abdullah Zubir, 11. Xayme Romero, 20. Kadi Borges, 25. Vadji İbrahima, 27. Toral Bayramov, 28. Hüseyn Hüseynzadə.
Baş məşqçi: Qurban Qurbanov.

Səbail: 1. Kamran Ağayev, 14. Rahid Əmirquliyev (k), 3. Turan Manafov, 5. Adil Nağıyev, 11. Rauf Əliyev, 6. Cabir Əmirli, 21. Məhəmməd Mirzəbəyov, 33. Domantas Şimkus, 34. Yurgen Qoxa, 30. Camal Araqo, 77. Ədilxan Qarəhmədov.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 12. Şahin Zəkiyev, 7. Mirsayib Abbasov, 8. Elşən Abdullayev, 10. Cavid Tağıyev, 19. Ruslan Hacıyev, 2. Elton Əlibəyli, 88. Elmir Tağıyev, 20. Orxan Fərəcov, 44. Şamil Cəfərov.
Baş məşqçi: Aftandil Hacıyev.