“Qarabağ” evdə, “Səbail” səfərdə sevindi

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Günün birinci matçında “Sumqayıt” doğma meydanda “Səbail”i qəbul edib. Komandalar ölkə kubokunda ilk dəfə üz-üzə gəliblər. İlk matç “dənizçilər”in səfər qələbəsiylə yekunlaşıb.

Günün digər oyununda son ölkə çempionu “Qarabağ” “Qəbələ” ilə qarşılaşıb. Bölgə təmsilçiləri indiyədək kubokda 9 dəfə üz-üzə gəlmişdilər. Komandalar hərəyə iki dəfə qələbə qazanmış, 5 görüş isə heç-heçə bitmişdi. Topların fərqində isə Ağdam təmsilçisi üstün idi – 8:7. Elə bu görüşdə də Ağdam klubu doğma meydanda inamlı qələbəyə sevinib.

Bu komandalar arasındakı cavab görüşləri fevralın 6-da gerçəkləşəcək. 1/4 finalın digər iki matçı isə sabah baş tutacaq. “Keşlə” “Kəpəz”i, “Neftçi” isə “Zirə”ni qəbul edəcək. Bu duellərin cavab görüşləri isə fevralın 7-nə təyin olunub.

Azərbaycan Kuboku
1/4 finalın ilk oyunlar
1 fevral

“Sumqayıt” – “Səbail” 0:1
Qol: A.Yunanov, 12.
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Səbuhi Bayramov.
Sumqayıt. “Kapital Bank Arena”.

Sumqayıt: 1. Mehdi Cənnətov, 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 7. Tellur Mütəllimov, 22. Cavid İmamverdiyev, 78. Dmitro Nağıyev, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 17. Murad Xaçayev.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 10. Rəhim Sadıxov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 11. Mehdi Şərifi, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 37. Nicat Əliyev.
Baş məşqçi: Ayxan Abbasov.

Səbail: 1. Kamran Ağayev, 14. Rahid Əmirquliyev (k), 34. Ürfan Abbasov, 55. Adil Nağıyev, 29. Amil Yunanov, 27. Hendrik Ekşteyn, 16. Peyman Keşavarzi, 19. Luka İmnadze, 20. Ruslan Hacıyev, 3. Turan Manafov, 77. Ədilxan Qarəhmədov.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 7. Mirsahib Abbasov, 11. Rauf Əliyev, 28. Məqsəd İsayev, 22. Əfran İsmayılov, 9. Florian Kadriu, 23. Milovan Petrovik, 4. Ali Sisey.
Baş məşqçi: Aftandil Hacıyev.

“Qarabağ” – “Qəbələ” 3:1
Qol: O.Kvabena, 55. M.Emreli, 72; 74 – C.Adeniyi, 88.
33-cü dəqiqədə U.Matiç penaltidən yararlana bilməyib (qapıçı)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Tural Qurbanov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.

Qarabağ: 12. Emil Balayev, 2. Qara Qarayev (k), 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 9. Xayme Romero, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 81. Kevin Medina, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 94. Ayhan Arazlı, 5. Maksim Medvedev, 55. Bədavi Hüseynov, 10. Abdullah Zubir, 6. Patrik Andrade, 66. Cavid Bayramov, 21. Rauf Hüseynli, 99. Hüseyn Hüseynzadə, 29. Zamiq Əliyev.
Baş məşqçi: Qurban Qurbanov.

Qəbələ: 1. Anar Nəzirov (k), 11. Asif Məmmədov, 9. Ehtiram Şahverdiyev, 77. Merab Qiqauri, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 10. Rövlan Muradov, 71. Rüfət Əhmədov.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 74. Yusif Nəbiyev, 28. Murad Musayev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 14. Cavid Hüseynov, 99. Ceyms Adeniyi, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı.
Baş məşqçi: Elmar Baxşıyev.