“Qarabağ” – “Kəpəz” matçının biletləri satışa çıxarılır

Azərbaycan Premyer Liqasının 2-ci turunun “Qarabağ” – “Kəpəz” oyununun biletləri sabahdan etibarən satışa çıxarılacaq.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, biletlər saat 12:00-dan etibarən onlayn şəkildə satışda olacaq.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Biletlər sabahdan iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də “Azərsun Arena”nın kassasında da satışda olacaq.

Xəbərdə o da qeyd olunur ki, qapılar azarkeşlər üçün matçın start fitindən 60 dəqiqə əvvəl açılacaq.

Xatırladaq ki, “Qarabağ” – “Kəpəz” oyunu avqustun 9-da keçiriləcək. Bu qarşılaşmaya saat 20:00-da start veriləcək.