“Qarabağ” klub rekordunu təkrarladı

“Qarabağ” hazırda davam edən futbol üzrə Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə 91-ci qolunu vurub.

Arena.az xəbər verir ki, Ağdam klubu bu rəqəmə 34-cü turun “Zirə” ilə matçındakı 1:0 hesablı səfər qələbəsi ilə çatıb.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda bununla da tarixinin rekordunu təkrarlayıb. “Qarabağ”ın ən çox qol vurduğu mövsüm ötən çempionat olub. Ağdamlılar 2022/2023 mövsümündə 91 dəfə fərqləniblər. Həmin göstəricini təkrarlayan Ağdam təmsilçisi qarşıdakı iki turda rekordunu yeniləmək imkanına malikdir.

Qeyd edək ki, çempion son iki turda “Turan Tovuz”la evdə, “Araz-Naxçıvan”la səfərdə qarşılaşacaq.