“Qarabağ” Leandro Andrade ilə gücləndi

“Qarabağ” növbəti transferini həyata keçirib. Arena.az xəbər verir ki, Ağdam təmsilçisi portuqaliyalı yarımmüdafiəçi Leandro Andradeni heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı futbolçu ilə müddəti 2025-ci il 30 iyununa qədər olan müqavilə imzalanıb.

Portuqaliyalı cinah yarımmüdafiəçisi Bolqarıstanın “Çerno More” klubundan transfer edilib. O, yeni komandasında 15 nömrəli formanı geyinəcək. Leandro daha öncə “Olhanense” və “Fatima” klublarında da çıxış edib.

“Qarabağ” Andradedən öncə gürcü qapıçı Luka Quqeşaşvilini, həmçinin Azərbaycan millisinin hücumçusu Rüstəm Əhmədzadəni transfer etmişdi.