UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Linkoln” oyununa bilet satışı davam edir.
Arena.az xəbər verir ki, artıq bu oyuna 16 min 300 bilet satılıb.
Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, sözügedən qarşılaşmanın biletləri iyulun 19-dan etibarən satışa çıxarılıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.
Satış məntəqələri:
- Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
- “Qarabağ”ın “Park Bulvar”dakı fan-şopu;
- Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;
Xatırladaq ki, “Qarabağ” – “Linkoln” oyunu iyulun 30-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu oyuna saat 20:00-da start veriləcək.
Azərbaycan və Cəbəllüttariq təmsilçiləri arasındakı ilk qarşılaşma “Linkoln”un meydanında baş tutub və Ağdam klubunun 2:0 hesablı qələbəsiylə yekunlaşıb.