“Qarabağ” – “Linkoln”: Öncə Qurbanov, sonra Munyos

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Qarabağ” – “Linkoln” matçından öncə mətbuat konfransı və açıq məşqlər olacaq.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la Cəbəllüttariq çempionu “Linkoln” arasında baş tutacaq cavab matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı iyulun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Tədbirə saat 18:15-də start veriləcək. 18:45-də isə komandanın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqə) başlayacaq.

Qonaq komandanın açıq məşqi iyulun 29-da, saat 19:00-da, baş məşqçi Xavyer Munyosun mətbuat konfransı isə 18:15-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.

Xatırladaq ki, iyulun 30-da keçiriləcək “Qarabağ” – “Linkoln” görüşünə saat 20:00-da start veriləcək. Cəbəllüttariqdə keçirilmiş ilk oyunda Ağdam təmsilçisi 2:0 hesablı qələbəyə sevinib.