“Qarabağ” “Linkoln”a 5 qol vurdu, ÇL-də 3-cü raunda yüksəldi

Azərbaycan çempionu “Qarabağ” bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində doğma meydanda “Linkoln”la qarşılaşıb.

Arena.az xəbər verir ki, Cəbəllüttariq çempionu ilə görüş Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.

Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin yeni mövsümünə səfərdə start vermişdi. Belə ki, komandamız “Linkoln”la səfər matçından 2:0 hesablı qələbə ilə dönmüşdü. Ağdamlılar növbəti mərhələyə vəsiqəni doğma meydanda darmadağınla rəmsiləşdiriblər. Qurbanovun yetirmələri 5 cavabsız qola seviniblər. Olavio Juninyonun het-trikə imza atdığı oyunda digər qolları Yassin Benzya və Leandro Andrade vurublar.

Xatırladaq ki, “Qarabağ” ÇL-in ötən mövsümündə də bu komanda ilə üz-üzə gəlmiş və səfərdə 2:1, evdə isə 4:0 hesabıyla qalib gələrək mərhələ adlamışdı.

“Qarabağ” ÇL-in 3-cü təsnifat mərhələsində “Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün güclüsü ilə üz-üzə gələcək. Məğlub olan tərəf – “Linkoln” da Avroliqanın 3-cü təsnifat mərhələsində məhz “Lüdoqorets” – “Dinamo” cütünün uduzanı ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu
30 iyul

“Qarabağ” – “Linkoln” 5:0
Qollar: Olavio Juninyo, 17; 31; 44. Yassin Benzya, 66. Leandro Andrade, 72.
Hakimlər: Yakob Sundberq, Deniz Yurdakul, Viktor Skitte, Yakob Karlsen (hamısı Danimarka).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun – 2:0.

Qarabağ: 97. Fabiyan Buntiç, 27. Toral Bayramov, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 8. Marko Yankoviç, 6. Julio Romao, 7. Yassin Benzya, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Olavio Juninyo.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 12. Sadiq Məmmədzadə, 2. Mateus Silva, 17. Hamidu Keyta, 19. Redon Cica, 20. Riçard Almeyda, 24. Aleksey İsayev, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.

Linkoln: 1. Nauset Santana, 5. İbrahim Ayyu, 6. Bernardo Lopes (k), 8. Mustafa Yahaya, 11. Culian Valarino, 15. Rafael Munyos, 17. Pedro Martin, 20. Etan Britto, 21. Nano, 22. Qrem Torrilya, 24. Con Sarcent.
Ehtiyat oyunçular: 13. İvan Villanueva, 27. Caylan Hankins, 7. Li Kasyaro, 9. Kike Qomes, 10. Tjay de Barr, 18. Toni, 19. Kayl Klinton, 23. Co, 30. Karlos Sid, 33. Cumaney Burnet, 70. Viktor Villakanas.
Baş məşqçi: Xavyer Munyos.