“Qarabağ” “Linkoln”la matça 3 itki ilə çıxacaq

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Linkoln”la qarşılaşacaq “Qarabağ” Cəbəllüttariqə sabah yollanacaq.

Arena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi səfərə çarter reysi ilə yola düşəcək.

Komanda “Elliott Hotel”də məskunlaşacaq. “Qarabağ” yerli vaxtla 19:30-da oyunöncəsi son məşqinə çıxacaq.

Azərbaycan çempionunun üç futbolçusu bu qarşılaşmada iştirak etməyəcək. Amin Ramazanov və Musa Qurbanlı zədə, Elvin Cəfərquliyev cəza üzündən görüşü buraxacaq. Avstriya toplanışı zamanı “Slaven”ə qarşı yoxlama oyununda sonra meniskində ağrılar hiss edən Musa komand vətənə döndükdən sonra müayinə olunub. Əməliyyat zərurəti yaranan hücumçu 4-6 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Xatırladaq ki, iyulun 23-də keçiriləcək “Linkoln” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Komanda görüşdən dərhal sonra vətənə qayıdacaq.