“Qarabağ” – “Ludoqorets”: Start heyətlər müəyyənləşdi

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində doğma meydanda “Ludoqorets”lə qarşılaşacaq.

Arena.az xəbər verir ki, Bolqarıstan çempionu ilə görüş Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Oyunu İsveçrədən olan hakimlər briqadası idarə edəcək. Azərbaycan çempionu səfərdə baş tutacaq cavab oyununa daha rahat çıxmaq üçün bu gün sərfəli hesabla qalib gəlməyə çalışacaq.

“Qarabağ”la “Ludoqorets” arasındakı cavab qarşılaşması avqustun 13-də Bolqarıstanda keçiriləcək. Bu cütün qalibi ÇL-in pley-off mərhələsində Xorvatiya çempionu “Dinamo” (Zaqreb) ilə üz-üzə gələcək. Məğlub olan tərəf isə Avroliqanın pley-off mərhələsində “Petrokub” (Moldova) – TNS (Uels) cütünün qalibi ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunu
6 avqust

20:00. “Qarabağ” – “Ludoqorets”
Hakimlər: Urs Şnider, Marko Zürxer, Benyamin Zürxer, Sven Volfensberger (Hamısı İsveçrə).
VAR hakimləri: Fedayi San, Yohannes von Mandax (İsveçrə).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Qarabağ: 97. Fabiyan Buntiç, 27. Toral Bayramov, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 8. Marko Yankoviç, 6. Julio Romao, 7. Yassin Benzya, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Olavio Juninyo.
Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə, 2. Mateus Silva, 17. Hamidu Keyta, 19. Redon Cica, 20. Riçard Almeyda, 24. Aleksey İsayev, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.

Ludoqorets: 39. Hendrik Bonmann, 3. Anton Nedyalkov (k), 24. Olivye Verdon, 4. Dinis Almeyda, 17. Son, 30. Pedro Naressi, 23. Deroy Duarte, 6. Yakub Pyotrovski, 11. Kayo Vidal, 9. Kvadvo Dua, 37. Bernard Tekpetey.
Ehtiyat oyunçular: 1. Serxio Padt, 67. Damyan Hristov, 7. Rik, 8. Todor Nedelyov, 10. Matias Tissera, 12. Ruan Seko, 14. Denni Qropper, 15. Edvin Kurtuluş, 16. Aslak Fonn Vitri, 18. İvaylo Çoçev, 82. İvan Yordanov, 90. Spas Delev.
Baş məşqçi: Georgi Dermenciyev.