Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının Liqa mərhələsinin 2-ci turu çərçivəsində “Malmö” ilə qarşılaşacaq.
Arena.az xəbər verir ki, Ağdam klubu İsveç təmsilçisi ilə Bakıda üz-üzə gələcək.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.
Avropa Liqası
Liqa mərhələsi, 2-ci tur
3 oktyabr
20:45. Qarabağ – Malmö
Hakimlər: Anastasios Papapetru, Trifon Petropulos, İordanis Aptosoqlu, Aleksandros Tsakalidis (hamısı Yunanıstan).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Qarabağ: 97. Fabian Buntiç, 6. Julio Romao, 7. Yassin Benzya, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. Olavio Juninyo, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 66. Patrik Andrade, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə, 99. Mateuş Koxalski, 8. Marko Yankoviç, 11. Emmanuel Adday, 20. Riçard Almeyda, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 55. Bədavi Hüseynov, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Malmö: 27. Yohan Dahlin, 8. Serxio Pena, 9. İsaak Kyese Telin, 10. Anders Kristiansen (k), 16. Oliver Berq, 17. Yens Striger, 18. Pontus Yansson, 19. Kolin Röster, 20. Erik Botheym, 23. Lasse Berq Yonsen, 25. Qabriel Busanello.
Ehtiyat oyunçular: 1. Rikardo Fridrix, 30. Yoakim Persson, 4. Soren Rieks, 7. Otto Rozenqren, 13. Martin Olsson, 14. Sebastyan Yorgensen, 22. Taha Ali, 32. Daniel Qudyonsen, 34. Zakaria Lukili, 35. Nils Zattersrom, 37. Adrian Skoqmar, 36. Huqo Bolin.
Baş məşqçi: Henrik Ridström.



